"İsrail Qəzzaya var gücü ilə girmək niyyətindədir" - Netanyahu

"İsrail Qəzzaya var gücü ilə girmək niyyətindədir" - Netanyahu backend

İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatını tamamilə məğlub etmək üçün yaxın günlərdə Qəzza zolağına "bütün gücü ilə" daxil olacaq.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu sözləri yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu deyib.

Hökumət başçısı əlavə edib ki, İsrail qələbə qazanana qədər mübarizəni dayandırmayacaq.

Mayın 12-də İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, ölkə hakimiyyəti Yaxın Şərq münaqişəsinin həlli üçün danışıqların bərpası imkanlarını nəzərdən keçirir. Lakin onun sözlərinə görə, SAXAL döyüşçüləri onlara verilən bütün tapşırıqları yerinə yetirənə qədər Qəzza zolağında hərbi əməliyyatı davam etdirmək niyyətindədirlər. Söhbət HƏMAS-ın məhv edilməsindən və əsir götürülən insanların azad edilməsindən gedir.

QAZİLER.AZ

Diaspora