ABŞ prezidentinin xüsusi nümayəndələri Kit Kelloq və Stiven Uitkoff hələlik Türkiyədə Rusiya və Ukrayna arasında mümkün danışıqları müşahidə etməklə kifayətlənməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Reuters”in yazdığına görə, Amerika rəsmiləri şəxsən İstanbula uçacaq və danışıqlarda iştirak edəcək.
Mayın 11-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. O, Moskva və Kiyev nümayəndə heyətlərinin mayın 15-də Türkiyənin İstanbul şəhərində görüş keçirə biləcəyini vurğulayıb.
Daha sonra bu təşəbbüsü Ukrayna lideri Volodimir Zelenski ofisinin müşaviri Mixaylo Podolyak şərh edib. Rəsminin sözlərinə görə, dövlət başçısı Volodimir Zelenski Türkiyədə yalnız rusiyalı həmkarı ilə görüşmək istəyir.
QAZİLER.AZ