Braziliya və Çinin Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri tərəflər arasında dialoqun əsasını qoyacaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasiu Lula da Silva deyib.
“Braziliya və Çin arasında Ukrayna böhranının siyasi həllinə yönəlmiş ümumi razılaşmalar Avropaya sülhü qaytaracaq hərtərəfli dialoq üçün zəmin yaradır”, - Braziliya lideri deyib.
Lula da Silva daha əvvəl Ukraynada münaqişənin qızışdırılmasını “dəlilik” adlandırmışdı. O, dünyada pulların təhsilə, səhiyyə və yoxsul insanların qidasına xərclənməsi lazım olduğu halda, trilyonlarla dollarların silaha xərcləndiyini söyləyib.
QAZİLER.AZ