XIV Leo tarixdə ən çox kardinallar tərəfindən seçilən Roma Papasıdır

XIV Leo tarixdə ən çox kardinallar tərəfindən seçilən Roma Papasıdır backend

Konklavda yeni Papa XIV Leo-nu seçən kardinalların mütləq əksəriyyəti sabiq Papa Fransisk tərəfindən şəxsən təyin edilib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə vatikanlı tarixçi Aleksey Yudin məlumat verib.

O bildirib ki,  seçim zamanı kardinalların sayı tarixdə heç vaxt olmadığı qədər çox olub.

"İlk dəfədir ki, konklavda bu qədər çox kardinal seçici iştirak edib. Konstitusiya əvvəllər 120 ilə məhdudlaşırdı. Onlar 135 istəyirdilər, ikisi alınmadı, ona görə də 133 oldu", - vatikanlı tarixçi deyib.

Tarixçinin sözlərinə görə, bütün kardinallardan 108-i Papa Fransisk tərəfindən təyin edilib.

QAZİLER.AZ

Diaspora