Küveytdə saxlanılanlar İŞİD üçün silahı Ukraynadan alırmış

Küveytdə saxlanılanlar İŞİD üçün silahı Ukraynadan alırmış backend

Küveytdə saxlanılan İŞİD terror qruplaşmasını maliyyələşdirməkdə və silahlandırmaqda şübhəli bilinən şəxslər terrorçular üçün silahı Ukraynada əldə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Zərərsizləşdirilmiş qrupun adı çəkilməyən lideri İŞİD-in Küveytdəki əlaqələndiricisi olduğunu etiraf edib. Onun sözlərinə görə, o Ukraynada “FN6” tipli Çin istehsalı zenit-raket komplekslərinin alınmasına dair sövdələşmələr həyata keçirib. Əldə olunan silah sonradan Türkiyə ərazisindən keçirməklə Suriyadakı İŞİD silahlılarına ötürülüb.

Qeyd edək ki, bundan əvvəl Küveyt hakimiyyəti İŞİD terror qruplaşmasını maliyyələşdirən bir qrup ekstremistin saxlanıldığı barədə məlumat yayıb. Məlumata görə, qrupa 5 Suriya, bir Misir, iki Avstraliya vətəndaşı, və bir yerli sakin daxil olub.

Məlumata görə, saxlanılan şəxslər həmçinin terrorçuları silah-sursatla təchiz ediblər.
Diaspora