Polşada prezidentliyinə namizəd Ukraynaya qoşun yeritməkdən danışıb

Polşada prezidentliyinə namizəd Ukraynaya qoşun yeritməkdən danışıb backend

Müxalif Hüquq və Ədalət partiyasından Polşa prezidentliyinə namizəd Karol Navroçki Ukraynaya hərbçi göndərməyəcəyinə söz verib.

Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə teledebat zamanı bildirib.

“Sosioloji sorğuların nəticələrindən və ictimai rəydən asılı olmayaraq, mən Polşa əsgərlərini Ukraynaya göndərməyəcəyəm”, - o vurğulayıb.

Polşada prezident seçkilərinin birinci turu mayın 18-nə təyin edilib. Hazırkı dövlət başçısı Anjey Duda ardıcıl iki dəfə seçildiyindən, o budəfəki seçkilərdə iştirak edə bilməyəcək.

QAZİLER.AZ

Diaspora