“Google” 10 ildən sonra ilk dəfə loqosunu yeniləyib

“Google” 10 ildən sonra ilk dəfə loqosunu yeniləyib backend

Amerikanın “Google” korporasiyası 10 ildən sonra ilk dəfə olaraq öz loqotipini yeniləyib.

Qaziler.az xəbər verir ki, bu barədə “9to5google” nəşri məlumat yayıb.

Yeniləmə çərçivəsində şirkət eyni şrifti saxlamaqla G hərfindəki açıq rəngli bölmələri qradientlə əvəz edib. Loqonun bu versiyası artıq iOS-da “Google” tətbiqində göstərilir. Bununla belə, “Android” proqramı və brauzeri hələ də loqonun köhnə versiyasını göstərir.

“Google” sonuncu dəfə loqosunu 1 sentyabr 2015-ci ildə yeniləyib. Bundan sonra korporasiya şrifti dəyişib və kiçik G hərfini böyük hərflə əvəz edib.

QAZİLER.AZ

Diaspora