ABŞ və Somali silahlı qüvvələri Puntlanda zərbələr endirib

ABŞ və Somali silahlı qüvvələri Puntlanda zərbələr endirib backend

ABŞ-nin Afrika Komandanlığı (AFRICOM) və Somali Federal Hökumətinin ordusu Puntland bölgəsində İŞİD-in hədəflərinə zərbələr endirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Goobjoog” məlumat yayıb.

Əvvəlcə düşmənə pilotsuz təyyarələr tərəfindən hücum edilib, bundan sonra xüsusi təyinatlıların reydi başlayıb. Bütün bunlar Bari bölgəsindəki Bosaso şəhərindən 70 km aralıda baş verib.

“AFRICOM ilə birgə hərəkətlər Somali və onun beynəlxalq tərəfdaşlarının terror təhlükəsini aradan qaldırmaq və sabitliyi bərpa etmək əzmini vurğulayır”, - bəyanatda deyilir.

Qeyd edək ki, fevralın 2-də Ağ Evin rəhbəri Donald Tramp Amerika hərbçilərinə Somalidə İslam Dövləti terror təşkilatının liderlərindən birinə zərbə endirmək əmri verdiyini açıqlayıb.

QAZİLER.AZ

Diaspora