Özbəkistanda yüzlərlə islamçı tutuldu

Özbəkistanda yüzlərlə islamçı tutuldu backend

Özbəkistanın müxtəlif regionlarında ekstremist dini qruplaşmalara bağlılıqda şübhəli bilinən şəxslərin kütləvi şəkildə həbs edilməsinə başlanılıb. Virtualaz.org saytı “Azadlıq” radiosunun özbək xidmətinə (“Radio Ozodlik”) istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Müstəqil Hüquq Müdafiəçiləri Təşəbbüs Qrupunun rəhbəri Surat İkramov məlumat yayıb.

S.İkramov bildirib ki, Daşkənddə, həmçinin Fərqanə, Daşkənd, Varəzm və Qaşqadərya vilayətlərində 200-dən çox islamçı tutulub. Onlar İŞİD-lə əlaqələrdə şübhəli bilinirlər.

Yerli KİV-lərin məlumatına görə, bir vaxtlar Özbəkistanı tərk edərək Suriya, İraq və Əfqanıstanda döyüşən ekstremistlər hazırda ölkəyə qayıtmağa çalışırlar.
Diaspora