Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarına Çindən daha pis davranır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Vaşinqton və Brüssel arasında ticarət əlaqələrini şərh edən ABŞ prezidenti Donald Tramp deyib.
"Avropa İttifaqı bir çox cəhətdən Çindən daha murdardır", - Ağ Ev rəhbəri deyib.
Tramp əlavə edib ki, Aİ-dən əhəmiyyətli güzəştlər istəyəcək. Onun sözlərinə görə, ABŞ və Avropa ticarət sahəsində əlaqələr qurmağa “yeni başlayır”.
QAZİLER.AZ