"Rusiya tərəfi ilə böhranın həlli üçün birbaşa danışıqların aparılmasında tam atəşkəs şərtdir".
Qaziler.az xəbər verir ki, bu haqda Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında qeyd edib.
O hesab edir ki, xarici ölkələrin nümayəndələri buna əməl olunmasına nəzarət etməlidirlər.
“Diplomatiyaya təşviq etmək üçün göstərilən yüksək səviyyəli dəstəyə və hazırlığa görə minnətdaram. Atəşkəsə eyni dərəcədə ehtiyacın olduğunu görürük”, - Ukrayna lideri yazıb.
QAZİLER.AZ