Ukrayna Prezidenti Volodimir Zelenski Roma Papası XIV Leo ilə danışıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, öz "Telegram" kanalında bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna Papanın ədalətli və uzunmüddətli sülhün əldə edilməsinin zəruriliyi barədə sözlərini çox yüksək qiymətləndirir.
O, Kiyevin sülh danışıqlarına hazır olduğunu bəyan edib.
"Ukrayna bu müharibəni bitirmək istəyir və bunun üçün hər şeyi edir. Rusiya tərəfindən cavab addımları gözləyirik", - deyə prezident yazıb.
Zelenski, həmçinin, yeni Roma Papasını Ukraynaya səfərə dəvət edib.