ABŞ nümayəndələri və HƏMAS hərəkatı arasında Qətərdə aparılan danışıqların nəticəsi olaraq yaxın vaxtlarda Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşma əldə edilə bilər.
Bu barədə “The National” qəzeti yazıb.
Mənbələrin məlumatına görə, ABŞ prezidentinin girovlar üzrə xüsusi nümayəndəsi Adam Bolerin başçılıq etdiyi nümayəndə heyəti bazar günü Dohada HƏMAS nümayəndələri ilə görüş keçirib. Görüşdə razılaşmanın əldə edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib.
Sazişin bağlanması barədə "bir gün və ya bir neçə saat ərzində" elan edilə bilər. Potensial saziş HƏMAS-ın altı girovu azad etməsi müqabilində İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsindən sonra 21 günlük atəşkəsi, həmçinin humanitar yardımın anklava çatdırılmasının bərpasını təmin etməyi nəzərdə tutur.
Report.az