ABŞ-nin bu ştatı rusiyalılara daşınmaz əmlak almağı qadağan edəcək

ABŞ-nin bu ştatı rusiyalılara daşınmaz əmlak almağı qadağan edəcək backend

ABŞ-nin Texas ştatının qubernatoru rusiyalılara daşınmaz əmlak almağı qadağan edən qanun imzalayacaq

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Texas qubernatoru Qreq Ebbott tezliklə Rusiya və Çin də daxil olmaqla bir sıra “düşmən ölkələr”dən olan şəxslərə və şirkətlərə ştatda əmlak almağı qadağan edən qanunu imzalayacaq. Bu barədə X sosial şəbəkəsində siyasətçinin özü məlumat verib.

"Mən tezliklə ABŞ-da Çin, Rusiya, İran və Şimali Koreya kimi düşmən xarici dövlətlərin vətəndaşlarına Texasda torpaq almağı və ya ona sahib olmağı qadağan edən ən güclü qanunu imzalayacağam", - Ebbott yazıb.

Qanun layihəsi hazırda qubernatorun imzası üçün göndərilməzdən əvvəl Texas qanunverici orqanında yekun oxunuşu gözləyir.

QAZİLER.AZ

Diaspora