Ermənistan Hindistandan “Akash” zenit raket komplekslərinin ikinci partiyasını alacaq

Ermənistan Hindistandan “Akash” zenit raket komplekslərinin ikinci partiyasını alacaq backend

Hindistan bu ilin iyulunda Ermənistana “Akash” zenit raket komplekslərinin ikinci partiyasını göndərməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə “Indian Aerospace Defence News” məlumat yayıb.

Qeyd olunub ki, bu tədarük iki ölkə arasında böyük müqavilənin bir hissəsidir.

Bu komplekslərin ilk batareyası artıq Ermənistana göndərilib.

“New Indian Express” nəşrinin məlumatına görə, 2022-ci ildə Ermənistan və Hindistan ümumi dəyəri təxminən 710 milyon dollar olan 15 “Akash” raket sisteminin alınması barədə razılaşma imzalayıblar.

Diaspora