Britaniyada 5G şəbəkəsinin sınaqlarına başlandı

Britaniyada 5G şəbəkəsinin sınaqlarına başlandı backend

Böyük Britaniyanın “Gigaclear” mobil operatoru genişzolaqlı yüksəksürətli yeni nəsil 5G şəbəkəsinin sınaqlarına başlayıb. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən xəbərinə görə, mobil operator test rejimində abunəçilərin bir hisəsini 5G şəbəsinə qoşub.


Şirkət tərəfindən təqdim edilən məlumatda deyilir ki, “Gigaclear” mobil operatorunun yeni şəbəkəsində sürətin ötürülməsi Böyük Britaniya ərazisində orta ötürülmə sürətini 200 dəfə üstələyir. Belə ki, həcmi 1,5 GB olan videokontentin yükləməsi istifadəçilər üçün cəmi 6 saniyəyə başa gəlir. Yəni yükləmənin orta sürəti saniyədə 200 Mb təşkil edir.

Hazırda yeni unikal 5G mobil şəbəkəsinin bütün üstünlüklərindən ancaq Britaniya operatorunun məhdud hissəsi yararlana bilirlər. Onların çoxu iri və orta biznes sahibi olan korporativ müştərilərdir. Həmçinin bunların bir hissəsi İngiltərənin Oksfordşir qraflığından olan fiziki şəxslərdir.

“Gigaclear” şirkətindən bildiriblər ki, bütün abunəçilərin bu şəbəkəyə kütləvi qoşulmasına gələn ilin əvvəlindən başlanması planlaşdırılır. Bununla belə, şəbəkənin istifadəsinin aylıq ödənişi fiziki şəxslər üçün 399 funt, biznesmenlər üçün isə 1 500 funt təşkil edəcək.
Diaspora