Güneyli deputat od püskürdü: “İran-İraq savaşında…”

Güneyli deputat od püskürdü: “İran-İraq savaşında…” backend

Azərbaycanlıları təhqir edənlər onların İran-İraq müharibəsində verdiyi şəhidlərdən utanmalıdırlar. Axar.az “Gunaz.tv”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Parlamentinin Urmiyadan seçilmiş azərbaycanlı deputatı Nadir Qazipur söyləyib. O, azərbaycanlıların İran telekanalında təhqir edilməsinin qabaqcadan planlaşdırıldığını bildirib:


“Azərbaycanlı şəhidlərdən utanın və xəcalət çəkin. Onlara hörmət edin. “Fitilə”çi təlxəklərin bu növbəti təhqiri ilə kimlərin “pan” olub-olmadığı, kimlərin bölgədə Qərb, Rusiya və digərlərinə işlədiyi üzə çıxıb. Bütün bu hərəkətlər onu göstərir ki, son günlər Azərbaycan türklərinə qarşı edilən təhqirlər əvvəlcədən planlaşdırılıb. İran-İraq müharibəsində biz türklər səngərlərdə vuruşanda pantürkist sayılmırdıq. Bəli, o zaman bizlər sizin üçün bacı-qardaş hesab edilirdik. Çox qəribədir ki, Azərbaycan türklərinə edilən təhqirə qarşı etiraza qalxanda və öz siyasi, iqtisadi və mədəni hüquqlarımızı istəyəndə bizi pantürkist adlandırırlar. Əgər belədirsə, mən minlərlə azərbaycanlı pantürkün cəbhələrdə şəhid olmasına təəssüf edirəm”.

Qeyd edək ki, bir müddət öncə “Fitilə” verilişinin əməkdaşları dövlət televiziyasındakı proqramlardan birində Güney Azərbaycanda fars irqçiliyinə etiraz edən insanların hamısını pantürkist adlandırıblar.
Diaspora