ABŞ müdafiə naziri Pit Heqset iyunun 6-dan ordu sıralarını könüllü tərk etməyən transgender hərbçilərin ordudan çıxarılmasına başlanılmasını əmr edib.
Heqsetin əmrinə əsasən, aktiv xidmətdə olan transgender hərbçilər bu tarixə qədər könüllü ordudan ayrılmaqla bağlı qərar qəbul edə bilər.
ABŞ Müdafiə Nazirliyi bu məsələ ilə bağlı "Reuters"in sorğusunu cavablandırmayıb.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi ötən çərşənbə axşamı Donald Tramp administrasiyasının transgenderlərin hərbi xidmətdə olmasına qoyduğu qadağanın qüvvəyə minməsinə icazə verib.