Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun qalibi Corce Simion artıq Ukraynaya ötürülən Patriot sisteminə görə təzminat gözlədiyindən danışıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Simionun bəyanatına istinadən xəbər verir.
Simion deyib ki, Buxarest bundan sonra “başqa ölkəyə bir sent də verməyəcək”. O, Rumıniyanın Ukraynaya yeni dəstək paketlərinə səs verib-verməyəcəyi ilə bağlı dəqiq cavab verməkdən yayınıb, lakin onun mövqeyinin neytrallıq və ABŞ prezidenti Donald Trampın siyasətlərinə uyğunluq olduğunu vurğulayıb.
"Ukraynanın bizə ehtiyacı var, əksi deyil. Biz Rumıniyanın hərbi əməliyyatlarda iştirakına görə təzminat istəyirik. Biz bilmirik ki, bu kompensasiya nə demək olacaq, bu, müqavilələrdə, taxılda və ya digər məsələlərdə əksini tapacaq. Amma Klaus İohannisin (Rumıniyanın keçmiş prezidenti, red.) bağışladığı "Patriot" sistemi və rumınların öz cibindən alması lazım olan digər biz qarşılıqlı fayda əldə etməliyik", - əlavə etdi.
QAZİLER.AZ