Fitso Avropa İttifaqının Rusiya qazından imtina etmək planını "intihar" adlandırıb.
Avropa İttifaqının (Aİ) Rusiyadan qaz və digər enerji resurslarının idxalını dayandırmaq planı intihardır.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fiko X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Aİ sağlam düşüncəyə qayıtmalıdır, çünki Rusiyanın enerji təchizatını tamamilə kəsmək təklifi iqtisadi müstəqillik planı deyil, intihardır", - o deyib.
Siyasətçi həmçinin qeyd edib ki, o, “yeni dəmir pərdə”nin qəti əleyhinədir.
QAZİLER.AZ