İsveç "Azadlıq" radiosuna dəstək üçün iki milyon dollar ayıracaq.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, müvafiq bəyanatı İsveç hökuməti verib.
İsveç qeyd edir ki, Azad Avropa/Azadlıq Radiosuna maliyyə dəstəyi vermək qərarı onun jurnalistlərə və müstəqil mediaya dəstəyinin bir hissəsidir.
"İsveçin Azad Avropa Radiosuna dəstəyi jurnalistlərə media azadlığının məhdudlaşdırıldığı yerlərdə müstəqil və faktlara əsaslanan məlumatların verilməsini davam etdirməyə kömək edir", - bəyanatda deyilir.
Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ prezidenti Donald Tramp 7 federal agentliyin ixtisarını nəzərdə tutan sərəncam imzalayıb. Onların arasında Azad Avropa/Azadlıq Radiosuna və digər federal yayımçılara nəzarət edən ABŞ Qlobal Media Agentliyi də var idi.
QAZİLER.AZ