Berlində nasizmlə mübarizədə həlak olan sovet əsgərlərinin xatirəsinə anım tədbirləri keçirilib.
Qaziler.az bildirir ki, yerli sakinlər, o cümlədən alman əsgərlərinin övladları mayın 8-də “İzvestiya” ilə söhbətində Qırmızı Orduya Avropanın azad edilməsinə görə minnətdarlıqlarını bildirib və tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıblar.
Həmçinin anım tədbirləri zamanı Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayevin rəhbərlik etdiyi Rusiya diplomatik missiyası gabidə önünə əklil qoyub. Diplomatın qeyd etdiyi kimi, çoxlu sayda Almaniya vətəndaşı həlak olmuş sovet əsgərlərinin xatirəsini yad etməyə gəlib və buna görə Rusiya tərəfi onlara minnətdardır.
Eyni zamanda, "İzvestiya" müxbirinin verdiyi məlumata görə, Pankovdakı memorialda polis qırmızı köynəklərdə "Xalq Cəbhəsi" yazısı olan insanlara icazə verməyib. Girişin yaxınlığında onlarla polis əməkdaşının olduğu, hər iki tərəfdə nəzarət məntəqəsi qurulub.
QAZİLER.AZ