Pakistan ordusu Hindistan hərbi bazalarına raket zərbələri endirib - KİV

Pakistan ordusu Hindistan hərbi bazalarına raket zərbələri endirib - KİV backend

Pakistan silahlı qüvvələri Hindistanın Cammu və Kəşmirdəki hərbi bazalarına zərbələr endirib

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Hindistan Müdafiə Qərargahı X sosial şəbəkəsində Pakistan qoşunlarının Cammu və Kəşmirdəki Hindistan hərbi bazalarına hücum etdiyini bildirib.

Hücumda raket və pilotsuz təyyarələrdən istifadə edildiyini bildiriblər.

Departament əlavə edib ki, hücum dəf edilib və itki yoxdur.

"Cammu və Kəşmirdə beynəlxalq sərhəd yaxınlığında yerləşən Cammu, Pathankot və Udhampurdakı hərbi bazalar Pakistan tərəfindən raket və dronlardan istifadə edilərək hücuma məruz qalıb", - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora