ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə tezliklə danışacaq.
Qaziler.az bildirir ki, bu barədə "The Telegraph" xəbər verir.
Bir qədər əvvəl Tramp Kiyevin Vaşinqtonla mineral ehtiyatlar sazişini ratifikasiya etdikdən sonra ukraynalı həmkarı Zelenski ilə danışacağını deyib.
"Biz indicə Ukrayna ilə nadir torpaq elementləri ilə bağlı müqavilə bağladıq. Bu, onların qanunvericilik qolları tərəfindən tam ratifikasiya olunub və təsdiqlənib və biz bunu yüksək qiymətləndiririk və mən bir az sonra, bir az sonra Prezidentlə danışacağam", - ABŞ prezidenti bildirib.
QAZİLER.AZ