Putin və Si Cinpin çay süfrəsi arxasında - VİDEO

Putin və Si Cinpin çay süfrəsi arxasında -  VİDEO backend

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin rəsmi danışıqları başa vurduqdan sonra qeyri-rəsmi danışıqları davam etdiriblər.

Qaziler.az bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Hər iki dövlətin başçısı üçün tortlarla çay süfrəsi təşkil olunub.

Yayımlanan görüntülərdə liderlərin böyük süfrə arxasında söhbət etdiyi görünür. 

Si Cinpin Moskvaya Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən parad üçün gəlib. Rusiya və Çin rəhbərləri Kremldə görüşüblər. Çin prezidenti salamlama nitqi zamanı Putini əziz dostu adlandırıb. O, həmçinin qeyd edib ki, Pekin Moskva ilə birlikdə İkinci Dünya Müharibəsinin tarixi ilə bağlı həqiqəti müdafiə etməyə hazırdır. Onun sözlərinə görə, Çin Rusiya ilə birlikdə xüsusi məsuliyyət daşıyacaq.

Putin və Si Cinpin arasında danışıqlar 3,5 saat davam edib.

Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, onlar Ukrayna mövzusuna toxunmayıblar. Lakin o, iki dövlət başçıları arasında söhbətin başqa təfərrüatlarını açıqlamayıb.

QAZİLER.AZ

Diaspora