Roma Papasının ardıcıl iki dəfə seçilə bilməməsinin səbəbi açıqlanıb

Roma Papasının ardıcıl iki dəfə seçilə bilməməsinin səbəbi açıqlanıb backend

Konklavda səsvermənin ilk iki turu “sınaq raundları” hesab olunur, buna görə də Papa nadir hallarda dərhal seçilir.

Qaziler.az xəbər verir ki, bu fikirləri Moskvadakı Tanrı Anasının Roma Katolik Baş Yeparxiyasının baş vikarı Kirill Qorbunov “NEWS.ru”ya səsləndirib. Onun sözlərinə görə, kardinallar əvvəlcə namizədlərdən hansının lazımi dəstəyi həqiqətən təmin edə biləcəyini müəyyən etmək üçün sərbəst səs verirlər.

Qorbunov qeyd edib ki, adi seçkilərdən fərqli olaraq, konklavda büllenet və siyahı yoxdur. Burada 133 seçici iştirak edir və onların hər biri nəzəri olaraq pontifik seçilə bilər.

“Ona görə də səsvermənin ilk iki turu müəyyən mənada sınaq mərhələsidir, o zaman hər kəs özünə uyğun görünən namizədə səs verə bilər”, - Qorbunov vurğulayıb.

Vikar əlavə edib ki, səsvermənin ilk turlarından sonra hansı namizədlərin həqiqətən də Papa seçilmək iddiasında ola biləcəyi daha aydın olur: “Bu, kimin lazımi üçdə iki səs toplamaq iqtidarında olduğunu və kimin olmadığını anlamağa imkan verir. Ona görə də səsvermənin ilk iki turunun nəticəsiz başa çatması təəccüblü deyil”, - deyə Qorbunov şərhini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora