ABŞ “İzvestiya”nın məktubunu saxta çıxartdı

ABŞ “İzvestiya”nın məktubunu saxta çıxartdı backend

ABŞ-ın Moskvadakı səfirliyi Dövlət Departamentinin Rusiyadakı LGTB-yə genişmiqyaslı yardım edəcəyi ilə bağlı yayılan informasiyanı təkzib edib. Axar.az xəbər verir ki, səfirlik rəsmi Feysbuk səhifəsində bir müddət öncə guya ABŞ-ın LGTB məsələləri üzrə rəsmi nümayəndəsi Rendi Berrinin Rusiyadakı homoseksualların lideri Nikolay Alekseyevə göndərdiyi və “İzvestiya”nın yayımladığı “məktubu” paylaşıb. Məktubun saxta olduğunu isbatlayan, söz, üslub və emeyl ünvanındakı yanlışlıqları göstərən səfirlik sonda bu sözləri də əlavə edib:


“Hörmətli “İzvestiya”, gələn dəfə saxta məktublardan istifadə edəndə, bizə göndərin. Səhvləri düzəltməkdən məmnun olarıq”.

Qeyd edək ki, bundan öncə “İzvestiya” qəzeti guya ABŞ-ın Rusiyadakı müxalifət yerinə LGTB-yə yardımını daha çox artıracağını bildirmişdi. Buna əsas səbəb kimi isə LGTB-nin may ayında keçirdiyi aksiyaların genişmiqyaslı olması göstərilmişdi.
Diaspora