Hindistan Pakistanla münaqişəni genişləndirmək niyyətində deyil, lakin İslamabad hərbi hücuma keçərsə, sərt cavab verəcək”.
Qaziler.az “The Hindu”ya istinadla xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar bildirib. Onun sözlərinə görə, Yeni Dehli rəqibi ilə münasibətlərdə vəziyyəti pisləşdirmək niyyətində deyil.
"Ancaq bizə qarşı hərbi hücum olarsa, buna qarşılıq çox və çox sərt cavab veriləcəyinə şübhə olmasın”, - deyə nazir vurğulayıb.
Jaishankar xatırladıb ki, aprelin 22-də Pahalqamda dinc sakinlərə qarşı terror aktı Hindistanı cavab verməyə məcbur edib. Mayın 7-nə keçən gecə ölkə terrorçuların transsərhəd infrastrukturuna və Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə zərbələr endirib.
QAZİLER.AZ