Suriyadan sonra Rusiya Səudiyyə Ərəbistanına və Qətərə zərbə endirəcək. Axar.az xəbər verir ki, bunu öz bloqunda Rusiya prezidentinin eks-məsləhətçisi Andrey İllarionov paylaşıb. Onun sözlərinə görə, Rusiya hakimiyyətinə Misirdəki təyyarənin terakt nəticəsində məhv edilməsi noyabrın 2-də bəlli idi:
“Rusiya bunları qəsdən açıqlamadı. Noyabrın 17-də qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə başlandı. Putinin çıxışına ilk reaksiya Piontkovskidən gəldi. O dedi ki, Moskva istənilən ölkəyə zərbə endirmək lisenziyası əldə etdi. Hansı ölkəyə zərbə endirilməsi gərəkdiyini Kreml Antalya sammitində nümayiş etdirdi. Putin Səudiyyə Ərəbistanı və Qətəri terrorizmi maliyyəşdirməkdə günahlandırdı.
Rusiya üçün qeyri-adi hal Federal Təhlükəsizlik Xidmətinin terrorçuların başına 50 milyon dollar qoyması idi. Lakin inanmıram ki, kimsə bu məbləğ qarşılığında Səudiyyə Ərəbistanı və Qətərin İŞİD-in maliyyələşdirilməsində əli olduğunu sübut edən faktlar təqdim edə bilsin. Əgər ABŞ Səudiyyə Ərəbistanı və Qətəri müdafiə etsəydi, Moskvanın onlara hərbi zərbə endirməsi mümkünsüz olardı. Görünür, indiki ABŞ administrasiyası Körfəz ölkələrinin təhlükəsizliyinin təmin olunmasından imtina edib”.