ABŞ-nin "Google" korporasiyası özünün "Google Maps" xidmətində Fars körfəzinin adını "Ərəb körfəzi" olaraq dəyişib.
Bu barədə "RİA Novosti" yazıb.
Nəşr qeyd edib ki, Yaxın Şərq regionundan olan istifadəçilər "Ərəb körfəzi" və ya "Fars körfəzi" adı ilə axtarış verdikləri zaman xəritədə "Ərəb körfəzi" adı əks olunur.
Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Fars körfəzinin adını "Ərəb körfəzi" kimi dəyişdirmək niyyətini bəyan etmişdi. Ağ Ev rəhbəri qərarını Səudiyyə Ərəbistanına səfəri zamanı təqdim etmək niyyətindədir. Toponimin adının dəyişdirilməsi qərarında ərəb dövlətləri özləri israrlıdırlar.
Oxu.az