Bir neçə nazirlik ləğv edilir

Bir neçə nazirlik ləğv edilir backend

Qırğızıstanda bir neçə nazirlik və baş idarə ləğv ediləcək. Axar.az xəbər verir ki, yeni təyin olunan Baş nazir Temir Sarıyev bu barədə sərəncam imzalayıb.

Qanuna əsasən, Qırğızıstanın Energetika və Sənaye Nazirliyi ləğv edilərək səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilir. Müdafiə Məsələləri üzrə Dövlət Komitəsi Müdafiə Nazirliyinə çevrilir.

Əmək, Miqrasiya və Gənclər Nazirliyi Sosial İnkişaf Nazirliyi ilə birləşdirilir və yeni qurum Əmək və Sosial İnkişaf Nazirliyi adlanır.

Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin bazasında Gənclər, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyi yaradılır.

Sənəddə qeyd olunur ki, hökumətdə yeni qurum - Miqrasiya üzrə Dövlət Xidməti yaradılır.
Diaspora