Makron Suriyaya qarşı sanksiyalarının ləğvi üçün şərtlərini açıqlayıb

Makron Suriyaya qarşı sanksiyalarının ləğvi üçün  şərtlərini açıqlayıb backend

Fransa prezidenti Emmanuel Makron, Suriyanın hazırkı kursuna sadiq qalacağı təqdirdə Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasına çalışacağını bildirib.

Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

Makron əlavə edib ki, ABŞ-nin də eyni addımı atması üçün lobbiçilik edəcək.

Fransa prezidenti bunu Parisdə Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüşündə deyib.

"Mən prezidentə dedim ki, əgər o, yoluna davam etsə, biz də eyni şeyi edəcəyik. Yəni, biz ilk növbədə Avropa sanksiyalarını mərhələli şəkildə ləğv edəcəyik, daha sonra amerikalı tərəfdaşlarımıza da bu məsələdə onlardan nümunə götürmək üçün lobbiçilik edəcəyik", - Makron bildirib.

QAZİLER.AZ

Diaspora