Polşa Almaniyadan təzminat tələb etməkdən İMTİNA ETDİ

Polşa Almaniyadan təzminat tələb etməkdən İMTİNA ETDİ backend

Polşa artıq İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan təzminat tələb etməyəcək.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

"Biz bunu tələb etməyəcəyik. Bu, bütün tərəflərin nəzərdən keçirəcəyi məsələdir", - o vurğulayıb.

Tuskun sözlərinə görə, təzminatların ödənilməsi qərarı “kommunist dövründə” qəbul edilib. O zaman Varşava guya “heç nə deyə bilməzdi”. Eyni zamanda Polşanın baş naziri qeyd edib ki, Almaniya müharibədən dəymiş ziyana görə heç vaxt kompensasiya ödəməyib.

Ötən il Tusk demişdi ki, Polşa İkinci Dünya Müharibəsi üçün kompensasiya əvəzinə Almaniya ilə hərbi əməkdaşlıqdan məmnun ola bilər.

QAZİLER.AZ

Diaspora