İŞİD G20 sammitində liderlərə hücum planı hazırlayıbmış...

İŞİD G20 sammitində liderlərə hücum planı hazırlayıbmış... backend

İŞİD -in Antalyada baş tutan G20 Zirvəsinin gedişində terror planı hazırladığı məlum olub. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gaziantepdə polisin terrorçuların gizləndiyi evdə apardığı əməliyyat zamanı ələ keçirilən planda dünya liderlərinin qaldığı otellər, onların gəzəcəkləri turistik zonalar və gecə klublarının hədəfdə olduğu ortaya çıxıb.

Polisin deşifrə etdiyi plana görə, G20 çərçivəsində Antalyaya gələcək heyətlər əvvəlcə şəhərin tarixi məkanlarını gəzəcək, daha sonra avtomobillərlə safari turlarına çıxaraq dağları gəzəcəkdilər.

Əraziyə əvvəlcədən kəşfiyyata çıxan terrorçular isə içərisinə bomba yerləşdirilən avtomobili partladacaq, daha sonra sağ qalanların boğazlarını kəsərək öldürəcəkdilər.
Diaspora