Estoniya hakimiyyəti mayın 9-da Qələbənin 80-ci ildönümü ilə əlaqədar Moskvaya uçuşlar üçün ölkənin hava məkanından istifadəni qadağan edib.
Qaziler.az bildirir ki, bu barədə mayın 7-də Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın bəyanatına istinadən ERR portalı məlumat yayıb.
"9 May paradında Moskvaya uçmaq üçün Estoniyanın hava məkanından istifadə istisnadır. Estoniya tədbiri heç bir şəkildə dəstəkləmək niyyətində deyil", - Tsaxkna deyib.
QAZİLER.AZ