Honduras polisi oğurlandığı iddia edilən yunan pasportları ilə ABŞ-a çatmaq niyyətində olan 5 suriyalını həbs edib. Həmin 5 nəfər Hondurasa təyyarə ilə Salvadordan çərşənbə axşamı gecəsi gəliblər, polis bildirib.
Hondurasın DİN rəsmisi Anibal Bacanın bildirdiyinə görə, həmin şəxslər barədə əməliyyat məlumatı Yunanıstan tərəfindən verilib.
Yunan diplomatlarının sözlərinə görə, saxlanılan 5 nəfərdən heç biri yunan dilində danışmır.
Onlar Honduras paytaxtı Tegucigalpanın beynəlxalq aeroportunda saxlanılıb.
Polisin bildirdiyinə görə, həmin şəxslər ölkənin şimalındakı San Pedro Sula şəhərinə, oradan Qvatemala və Meksikaya, daha sonra isə ABŞ sərhədinə çatmaq niyyətində olublar.
"Pasportlar Afinada oğurlanıb," polis qüvvələrinin rəsmisi Anibal Baca bildirib.
"Biz onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq," o, La Prensa qəzetinə deyib.
İnterpol bu araşdırmada Honduras polisinə kömək edəcək.
Bu arada, ABŞ-da siyasətçilər ötən cümə günü Paris hücumlarından sonra ölkəyə Yaxın Şərqdən qaçqınların gəlməsilə bağlı narahtlıq bildiriblər.
Nümayəndələr Palatasının Respublikaçılardan olan üzvləri Suriya və İraqdan gələn qaçqınların yoxlanmasını sərtləşdirən qanun layihəsi hazırladıqlarını bildiriblər.