ABŞ Yəməndə husiləri bombalamağı dayandıracaq

ABŞ Yəməndə husiləri bombalamağı dayandıracaq backend

ABŞ Prezidenti Donald Tramp Yəməndəki husiləri bombalamağı dayandıracağını açıqlayıb.

Apa xəbər verir ki, bu haqda “Reuters“ məlumat yayıb.

Tramp bildirib ki, İranla əlaqəli bu qruplaşma Yaxın Şərqdə mühüm gəmiçilik yollarına maneə törətməkdən imtina etməyə razılaşıb.

ABŞ Qırmızı dənizdəki gəmi xəttinə edilən hücumların qarşısını almaq üçün Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hücumlarını gücləndirmişdi.

Tramp Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüş zamanı husilərin artıq döyüşmək istəmədiklərini açıqlayıb.

"Onlar dedilər ki, zəhmət olmasa bizi daha bombalamayın. Biz də sizin gəmilərə hücum etməyəcəyik. Mən onların sözünə inanıram və biz dərhal husiləri bombalamağı dayandıracağıq.", - Tramp bildirib.

Diaspora