Sudan BƏƏ ilə diplomatik əlaqələri kəsdi

Sudan BƏƏ ilə diplomatik əlaqələri kəsdi backend

Sudan Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) "təcavüzkar ölkə" elan edərək, onunla diplomatik əlaqələri kəsmək qərarına gəlib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Sudanın rəsmi xəbər agentliyinin (SUNA) məlumatına görə, Sudanın Təhlükəsizlik və Müdafiə Şurası Suveren Şuranın sədri Əbdülfəttah əl-Burhanın sədrliyi ilə iclas keçirib.

İclasdan sonra açıqlama verən müdafiə naziri Yasin İbrahim Yasin, “Bütün dünya iki ildən çoxdur ki, BƏƏ-nin yerli terrorçu, üsyançı Çevik Dəstək Qüvvələri (RSF) vasitəsilə Sudanın suverenliyinə, ərazi bütövlüyünə və vətəndaşlarının təhlükəsizliyinə qarşı həyata keçirdiyi hücumları izləyir", - dedi.

Yasin:“BƏƏ, milləti müdafiə etmək və onun resurslarını qorumaq vəzifəsi daşıyan qanuni qurum olan Silahlı Qüvvələrimiz tərəfindən Çevik Dəstək Qüvvələrinin məğlub olacağına əmin olanda dəstəyini artırdı və və üsyançıları (HDK) qabaqcıl strateji silahlarla təmin etmək üçün daha çox imkanlarından istifadə etdi", - dedi.

Yasin bildirib ki, davam edən hücumdan sonra Təhlükəsizlik və Müdafiə Şurası "Birləşmiş Ərəb Əmirliklərini "təcavüzkar ölkə" elan edib, BƏƏ ilə diplomatik əlaqələri kəsib və Sudanın səfirliyi və baş konsulluğunu geri çağırıb", - qərarlarını verdiyini açıqladı.

Yasin qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin dövlətlərə özünümüdafiə hüququ verən 51-ci maddəsinin mətninə və ruhuna uyğun olaraq, Sudan ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq, mülki əhalinin müdafiəsini təmin etmək və humanitar yardımın davamlı çatdırılmasını təmin etmək üçün bütün lazımi vasitələrlə təcavüzə cavab vermək hüququnu özündə saxlayır.

QAZİLER.AZ

Diaspora