Rusiya ilə Çin arasında 2 milyard dollar dəyərində hərbi müqavilə imzalanıb. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, sözügedən anlaşma Rusiya tərəfindən bu ölkəyə ümumi dəyəri 2 milyard dollar həcmində qiymətləndirilən 24 ədəd Su-35 hərbi təyyarəsinin ixracını nəzərdə tutur.
Razılaşmanın əldə olunmasını Rusiyanın "Rostex" Korporasiyasının baş direktoru Sergey Çemezov da təsdiqləyib.Qeyd edək ki, SU-35 T-10S platformasının yüksək modifikasiyalı forması olmaqla, Rusiyanın bir çox müasir tələblərə cavab verən 5-ci nəsil qırıcılarındandır.