Fridrix Merz Almaniya Kansleri seçilib.
Apa xəbər verir ki, Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib.
Merz ikinci cəhddə tələb olunan 316 səsdən 325-ni toplaya bilib.
O, ilk cəhddə 310 səs toplamışdı.
***
12:15
Fridrix Merz Almaniyanın növbəti Kansleri olmaq üçün keçirilən seçkilərin ilk turunda səs çoxluğu əldə edə bilməyib.
Apa xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Fridrix Merz Almaniya parlamentində səsverməsinin I turunda lazımi səs çoxluğu əldə edə bilməyib.