Fitso sovet ordusu əsgərləri üçün qoyulmuş abidənin bərpasına kömək edəcəyini vəd edir

Fitso sovet ordusu əsgərləri üçün qoyulmuş abidənin bərpasına kömək edəcəyini vəd edir backend

Robert Fitso memorialların bərpasına köməklik göstərəcəyini vəd edib

Slovakiyanın baş naziri Robert Fitso respublikada "Qırmızı Ordu" əsgərlərinin şərəfinə ucaldılan abidələrin yenidən qurulmasına köməklik göstərəcəyini vəd edib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə mayın 6-da Fitsonun rəhbərlik etdiyi SMER sosial-demokrat partiyası məlumat yayıb.

"Mən sizə şanlı Qırmızı Ordunun təkcə Slovakiya və Çexoslovakiyanın azad edilməsində deyil, hər şeydən əvvəl İkinci Dünya Müharibəsinin özündə həlledici rolunu xatırladan digər abidələrin və müqəddəs yerlərin bərpasında əməkdaşlıq təklif etmək istərdim", - hökumət başçısı partiya tərəfindən yayımlanan videoçarxda bildirib.

O əlavə edib ki, slovaklar azadlığın haradan gəldiyini xatırlayırlar.

QAZİLER.AZ

 

Diaspora