Fitso Qızıl Ordu əsgərləri abidəsinin bərpasına kömək edəcəyini vəd edir

Fitso Qızıl Ordu əsgərləri abidəsinin bərpasına kömək edəcəyini vəd edir backend

Robert Fitso memorialların bərpasına köməklik göstərəcəyini vəd edib

Slovakiyanın baş naziri Robert Fitso respublikada Qırmızı Ordu əsgərlərinin şərəfinə ucaldılan abidələrin yenidən qurulmasına köməklik göstərəcəyini vəd edib.

Qaziler.az bildirir ki, bu barədə mayın 6-da Fitsonun rəhbərlik etdiyi SMER sosial-demokrat partiyası məlumat yayıb.

"Mən sizə şanlı Qırmızı Ordunun təkcə Slovakiya və Çexoslovakiyanın azad edilməsində deyil, hər şeydən əvvəl İkinci Dünya Müharibəsinin özündə həlledici rolunu xatırladan digər abidələrin və müqəddəs yerlərin bərpasında əməkdaşlıq təklif etmək istərdim", - hökumət başçısı partiya tərəfindən yayımlanan videoçarxda bildirib.

O əlavə edib ki, slovaklar azadlığın haradan gəldiyini xatırlayırlar.

Baş nazir bu barədə Slovakiyanın Mixalovçe şəhərində Qırmızı Ordunun Mərkəzi Hərbi Xatirə Qəbiristanlığına səfəri zamanı bildirib.

QAZİLER.AZ

Diaspora