Avropada dronların istehsalına kütləvi sərmayələr qoyulur

Avropada dronların istehsalına kütləvi sərmayələr qoyulur backend

Avropadakı investorlar “Quantum Systems” və “Tekever” kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının istehsalı üçün Avropa şirkətlərinə böyük sərmayə qoymağa başlayıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, iki şirkətə investisiyaların ümumi dəyəri 2 milyard avronu keçib. Yeni investorlar həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən müdafiə texnologiyaları və ya ikili istifadə texnologiyaları bazarına maraq göstərirlər. Nəşr qeyd edir ki, investorlar yüz milyonlarla avronu Almaniyanın “Quantum Systems” və Portuqaliyanın “Tekever” şirkətlərinə tökürlər. İki şirkətin hər biri ilə sövdələşmələr 1 milyard avrodan artıqdır.

Tekeverin baş direktoru Rikardo Mendes qəzetə bildirib ki, son illər tələbat o qədər artıb ki, “Tekever” hər il istehsal gücünü "iki dəfədən çox" artıra bilib. Onun sözlərinə görə, şirkət bu il 200-dən çox sistem buraxmaq niyyətindədir. Qəzet onu da vurğulayır ki, şirkətin AR3 və AR5 PUA-ları Ukraynada istifadə olunur.

QAZİLER.AZ

Diaspora