Ukraynanın Aİ-yə qəbulu Avropa İttifaqının iflası ilə nəticələnəcək.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Facebook” sosial şəbəkəsində məlumat verib.
“Ukraynanı qəbul etmək yaxşı iş deyil. Ukrayna əlavə dəyər deyil, iflasdır”, - o vurğulayıb.
Orbanın fikrincə, Ukraynaya Aİ-nin vəsaitinin verilməsi Brüsselin böyük səhvi olub. O qeyd edib ki, həmin pullar Aİ iqtisadiyyatının inkişafına yönəldilməli idi.
QAZİLER.AZ