Braziliya prezidenti Ukraynaya səfər etməkdən imtina edib

Braziliya prezidenti Ukraynaya səfər etməkdən  imtina edib backend

Böyük Vətən Müharibəsində (1941-1945) Qələbə Günü münasibətilə Moskvaya gələcək Braziliya prezidenti Luis İnasiu Lula da Silva Rusiyaya səfərindən əvvəl Ukrayna hakimiyyətinin Kiyevə səfər təklifindən imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə Braziliyanın “Metropoles” qəzeti adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.

“O, Kiyevə səfər dəvətindən imtina edib”, - nəşrin mənbəsi bildirib.

Aprelin 30-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya çoxlu sayda dövlət və hökumət başçılarının gələcəyini açıqlayıb. Onun sözlərinə görə, dünyanın müxtəlif regionlarından olan ölkələrin liderləri iştiraklarını təsdiqləyiblər.

QAZİLER.AZ

Diaspora