Polşa prezidentliyinə namizəd Qrzeqorz Braun Katovitse şəhərində Avropa İttifaqının bayrağını çıxardaraq üzərinə çıxıb və ayaqlarını silib.
Qaziler.az xəbər verir ki, bununla bağlı görüntülər onun “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.
Hadisə Katovitse şəhərindəki Sənaye Nazirliyində baş verib. Braun binaya parlamentari kimi “Polşa dağ-mədən sənayesinin ləğvi” məsələsini həll etmək məqsədi ilə gəlib. Daha sonra ona yaxınlaşan jurnalistin sualına cavab olaraq əlindəki Avropa İttifaqının bayrağını yerə atıb və üzərinə çıxıb. Bir qədər gərgin olan Braun hətta ayaqlarını bayrağa silib.
"Bura Polşadır, Brüssel deyil!", - deyə, Polşada prezidentliyə namizəd reaksiya verib.
QAZİLER.AZ