Sabah Almaniya yeni kanslerini seçəcək

Sabah Almaniya yeni kanslerini seçəcək backend

Bundestaq (Almaniya parlamenti) mayın 7-də Almaniya kansleri üçün səsvermənin ikinci turunun keçirilməsi imkanını müzakirə edir.

Qaziler.az xəbər verir ki, bununla bağlı “Bild” məlumatlı mənbələrə istinadən yazır.

"Bu, üçdə iki səs çoxluğu tələb edir", - deyə nəşr qeyd edir.

Bundan bir qədər əvvəl Xristian Demokratik İttifaqının (CDU) lideri Fridrix Mertsin Almaniya kansleri seçilmək üçün keçirilən ilk turda lazımi səsləri toplaya bilmədiyi bildirilmişdi. Siyasətçinin namizədliyini 310 deputat dəstəkləyib. Seçilmək üçün ona 316 səs lazım idi. “Bild”in məlumatına görə, Merts daha sonra səsvermənin ikinci turunu keçirməkdən imtina edib.

QAZİLER.AZ

Diaspora