Hindistan və Pakistan arasındakı gərginlik heç kimin marağında deyil - BMT

Hindistan və Pakistan arasındakı gərginlik heç kimin marağında deyil - BMT backend

Hazırda Pakistan və Hindistan arasında vəziyyətin gərginləşməsi riski qalmaqdadır.

Qaziler.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd “RİA Novosti” ilə söhbətində bildirib.

"Bölgədə vəziyyət çox gərgindir. Hindistan və Pakistan arasında ciddi eskalasiya riski var", - deyən diplomat gərginliyin artmasında Yeni Dehlini günahlandırıb.

O əlavə edib ki, dünya gücləri gərginliyin azaldılması üçün diplomatik səylərə ehtiyac olduğunu başa düşür, lakin münaqişə heç kimin maraqlarına uyğun deyil, hansı ki Pakistan və Hindistan iki adi kiçik ölkə deyil.

QAZİLER.AZ

Diaspora