Şolts kansler kimi son günündə Zelenskiyə zəng edib

Şolts kansler kimi son günündə Zelenskiyə zəng edib backend

Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts ofisində Ukrayna lideri Volodimir Zelenski ilə son telefon danışığı aparıb.

Qaziler.az “European Pravda”ya istinadla xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin mətbuat katibi Şteffen Hebeştrayt bildirib.

Spikerin sözlərinə görə, söhbətdə Şolts Zelenskiyə etimada əsaslanan sıx əməkdaşlığa görə təşəkkür edib və Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna prezidentinin və Ukrayna xalqının cəsarətini, şücaətini və qətiyyətini vurğulayıb.

Tərəflər həmçinin Ukraynada davamlı və ədalətli sülhə nail olmaq yollarını müzakirə ediblər. Hebeştrayt bildirib ki, Şolts Kiyevin 30 günlük atəşkəsə hazır olmasını alqışlayıb.

“Şolts həmçinin Rusiya prezidenti Vladimir Putini atəşkəs təklifinə cavab verməyə və özünün amansız kampaniyasına son qoymağa çağırıb”, - Almaniya Nazirlər Kabinetinin sözçüsü bildirib.

QAZİLER.AZ

Diaspora