Daha bir ölkənin lideri Rusiyanın Qələbə paradında iştirak edəcək

Daha bir ölkənin lideri Rusiyanın Qələbə paradında iştirak edəcək backend

Myanma Dövlət İnzibati Şurasının sədri general Min Aunq Hlainq prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə yerli MRTV telekanalı məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, hökumət başçısı Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə, o cümlədən Moskvada keçiriləcək paradda iştirak edəcək.

“Min Aunq Hlainq Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına dostluq səfəri çərçivəsində baş çəkəcək”,- deyə məlumatda qeyd olunub.

QAZİLER.AZ

Diaspora